“Atəşgah” Sığorta Qrupu ESG transformasiyasının tətbiqinə başlayır
2021-ci ilin 17 mart tarixində “Atəşgah” SQ-nun Direktorlar Şurasının növbəti iclasında sığorta qrupunun 2022-2024-cü illər üzrə inkişaf strategiyasının hazırlanması və bu strategiya çərçivəsində ESG (Environmental Social Governance) transformasiya prinsiplərinin tətbiq edilməsi haqqında qərar verilmişdir.
Bu barədə Marja-ya “Atəşgah” Sığorta Qrupundan bildirilib.
Bundan əvvəl “Atəşgah” qrupunun 2019-2021-ci illər üzrə inkişaf strategiyası icra edilib.
ESG-transformasiyası nədir?
Şirkətdən verilən məlumata görə, biznesin bütün sahələri ekoloji, sosial və idarəetmə problemləri üzrə bir-biri ilə sıx bağlıdırlar. Müasir cəmiyyətin problemlərinin həllinə yönlənmiş yeni ESG sistemlərinin, ağıllı texnologiyaların və yenilikçi yanaşmaların tətbiqi isə iqtisadiyyatın fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in təsdiq edilməsi haqqında imzaladığı sərəncamda xüsusən vurğulanan məqam ondan ibarətdir ki, qlobal iqtisadi reallıq və yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər, ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və müvafiq milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Qeyd olunan konsepsiya çərçivəsində “Atəşgah” SQ aşağıda sadalanan beş milli prioritetə uyğunlaşmaq məqsədi ilə Azərbaycanda ESG-transformasiyasını tətbiq edən ilk sığorta şirkəti olacaq.
2020-ci il ərzində sığorta əməliyyatları üzrə “Atəşgah” Sığorta Şirkətinin yığımları 25,3 milyon manat, “Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları isə 41,5 milyon təşkil etmişdir.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)


