Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (Fed) faizini 0-0,25% aralığında dəyişməz saxladı.
Marja Fed-ə istinadən xəbər verir ki, faiz qərarı yekdilliklə qəbul edilib.
Fed, iqtisadiyyatda güclənmə və daha yüksək inflyasiya gözləyir, ancaq faizləri 2023-cü ilin sonuna qədər yüksəltməyəcəyini nəzərdə tutur.
Fed rəsmilərinin proqnozları əvvəlki yığıncaq ilə müqayisədə çox az dəyişib və komitə üzvlərinin böyük bir hissəsi faizlərin 2023-ci ilin sonuna qədər sıfıra yaxın qalacağını gözləyir.
Fed yığıncağında aylıq 120 milyard dollarlıq istiqraz alışını da dəyişdirilməyib.
Fedin açıqlamasında, "iqtisadi yaxşılaşmanın sürətində bir azalma görülməsinin ardından ən əsas iqtisadi fəaliyyət və məşğulluq göstəricilərində bir yaxşılaşma var, ancaq pandemiyadan ən çox mənfi təsirlənən sektorlar zəif qalmağa davam edir. İnflyasiya 2%-dən aşağı qalmaqda davam edir" ifadələrinə yer verilib.
Fed rəsmilərinin ABŞ iqtisadiyyatına dair artım proqnozu 2021-ci il üçün 6,5%-ə yüksəlib. Dekabr ayında proqnoz 4,2% idi.
Baza inflyasiyanın Fed-in hədəfi olan 2%-in də üzərinə çıxaraq 2,2%-ə yüksələcəyini nəzərdə tutan Fed, işsizlik nisbəti proqnozunu 2021-ci il üçün 5%-dən 4,5%-ə endirib. Fed-in dekabrda 2021-ci il üçün inflyasiya proqmozu 1,8% idi.
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) faizini 0-0,25% aralığında dəyişməz saxladı.
Fed-in faiz qərarından sonra ABŞ dolları ucuzlaşıb. Avro/Dollar məzənnəsi 0,6% artaraq 1.1970 səviyyəsinə, qızılın unsiyasının qiyməti isə 1%-dən çox artaraq 1748 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 d. əvvəl
-
-
13 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
22 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 43 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Ən çox oxunanlar
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb


















.jpg)



