Naxçıvan iqtisadiyyatı cüzi artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni ayına nisbətən (müqayisəli qiymətlər üzrə) 0,3% artaraq 369 178,1 min manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvarda Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,7% artaraq 799,8 manat təşkil edib.
Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin ilk iki ayında sənaye üzrə 179 625,7 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyir.
İki ayda Naxçıvanın xarici ticarət dövriyyəsi 10 % artıb
Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR xarici ölkələrlə 56,280 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 10 % çoxdur.
Bu ilin ilk ayıında ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikanın ixracının dəyəri 0,8 % artaraq 37,341 milyon ABŞ dolları, idxalının dəyəri isə 34,2 % artaraq 18,939 milyon ABŞ dolları olub.
Son nəticədə ötən iki ay ərzində xarici ticarətdə 18,402 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 16,47 % azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
