Abşeron Logistika Mərkəzində rəhbər vəzifəyə yeni təyinat
Abşeron Logistika Mərkəzi öz inkişaf strategiyasına uyğun olaraq peşəkar kadr heyətini davamlı şəkildə gücləndirməkdədir.
Mərkəzdən Marja-ya verilən məlumata görə, İlkin Zeynallı Abşeron Logistika Mərkəzinin Müşahidə Şurasına yeni üzv təyin edilib.
İlkin Zeynallı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr, Georgia State University (ABŞ, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə magistr dərəcəsini (MBA) fərqlənmə diplomu ilə bitirmişdir. O, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsilini və idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA) almışdır. O, həmçinin dünyanın ən nüfuzlu biznes məktəblərindən biri olan Harvard Business School-un PLD/Executive MBA proqramını tamamlamışdır.
Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Qafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə 3PL, konteyner, vaqon, gömrük, broker, anbarlama və nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə sahibkarlara yüksək səviyyəli və operativ xidmət göstərilir. Mərkəz ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq sertifikatlarına sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)

