TOPAZ-a rəqib gəlir
Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır.
Bu barədə "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev məlumat verib.
Onun sözlərinə görə, yeni şirkətin ölkə bazarına daxil olması TOPAZ-ın fəaliyyətinə mənfi təsir etməyəcək: "Sadəcə, təbii inhisarçılıqdan rəqabət sisteminə keçəcəyik. Hər iki şirkət sağlam rəqabət əsasında fəaliyyət göstərəcək".
M.Tağıyev hesab edir ki, yeni bukmeyker şirkətinin adı "Azərlotereya" olacaq: "Sadəcə, idarəetmə Türkiyə şirkətinə veriləcək. Düşünürəm ki, mərc oyunları operatoru öz adı ilə fəaliyyət göstərəcək. Bu, mənim subyektiv fikrimdir. Çünki artıq bu şirkətin özü brendə çevrilib. İstənilən halda, hər şey Türkiyə şirkətinin səlahiyyətindədir. Bilmirəm, bəlkə də adı dəyişər".
İdarə Heyətinin sədri deyib ki, mərc oyunlarına nəzarəti yenə "Azəridmanservis" MMC həyata keçirəcək: "Mərc oyunları ilə məşğul olan ilk şirkətin əvvəlki adı Azərinteltek olub. Bu şirkət isə proqram təminatı baxımından Yunanıstanda fəaliyyət göstərən "İntralot" şirkətindən qidalanırdılar. İdarəetməni həyata keçirən şirkətin adı isə "Caspian Test"dir. O isə artıq Azərbaycan şirkətidir. "Azəridmanservis" Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunmuşdu".
Qeyd edək ki, yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























