970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Çex Hava Yolları” bütün əməkdaşlarını ixtisar edir

AzVak-mobil_resmin_ustu_31
“Çex Hava Yolları” bütün əməkdaşlarını ixtisar edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Çex Hava Yolları” (ÇSA – Çeske aerolinie) şirkəti 430 əməkdaşının hamısını işdən çıxaracaqları barədə həmkarlar ittifaqı və əmək birjasını xəbərdar edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Çex Təyyarə Heyətləri Əməkçi İttifaqının sədri Teresa Leffelman bunun pandemiya üzündən uçuşların kütləvi şəkildə ləğv olunması ilə bağlı olduğunu bildirib. Eyni zamanda, dövlət dəstəyindən də məhrum olunan şirkətin kreditorları tərəfindən verilən ərizələrə əsasən müflisləşmə işlərinin başlamasına dair moratoriumun müddəti bu ayın sonunda başa çatır.

Belə ki, ÇSA fevralın əvvəlində hökumətdən 1,1 milyard kron (42,5 milyon avro) məbləğində maliyyə yardımı istəsə də, sənaye və ticarət naziri Karel Havliçek şirkətə maliyyə yardımı ayırmaq fikrində olmadıqlarını bildirib.

Qeyd edək ki, 1923-cü iluin 6 oktyabr tarixində o zaman Çexoslovakiya hökumətinin qərarı ilə təsis olunmuş ÇSA dünyanın 5 ən yaşlı hava yolu şirkəti arasındadır.

Report

24.02.2021 14:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19