KOBİA dəstəyi ilə 7 daxili bazar araşdırması aparılıb
2020-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro, kiçik və orta biznes (KOB) subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırması aparılıb.
KOBİA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 2021-ci ildə KOB-lardan daxil olan müraciətlər əsasında daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi davam etdirilməklə yanaşı, KOBİA-nın təşəbbüsü ilə də daxili bazar araşdırmaları aparılacaq.
Hazırda qida, kənd təsərrüfatı, xidmət, tekstil və s. sahələr üzrə daxili bazar araşdırmalarının aparılması istiqamətində müvafiq tədbirlər görülür.
Agentliyin təşəbbüsü ilə həyata keçiriləcək daxili bazar araşdırmaları KOB subyektlərinin müraciəti əsasında aparılan bazar araşdırmasından fərqli olaraq fərdi deyil, bütün sahibkarların istifadəsi üçün nəzərdə tutulur və araşdırmaların nəticələri KOB subyektlərinin istifadəsi üçün KOBİA-nın saytında (www.smb.gov.az) yerləşdiriləcək.
KOB subyektləri daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını (http://bit.ly/3keYxo9) doldurmaqla Agentliyə birbaşa və ya [email protected] vasitəsilə elektron müraciət edə bilərlər. Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi və (012) 404 04 01.
Məlumat üçün bildirək ki, daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə 2019-cu ildən etibarən dövlət dəstəyi göstərilir və bu dəstək KOBİA tərəfindən təmin edilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
10 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
10 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!




















