DTX: Yayılan xəbərlər dövlət mənafelərinə ziyan vurur, əsassız və dəqiqləşdirilməmişdir
DTX Əli Nağıyevin görüşü ilə bağlı yayılan məlumatı təkzib etdiDövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılmışdır.
Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilmişdir. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcəkdir.
Bir daha ölkəmizin kütləvi informasiya vasitələrində və sosial mediada ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
22 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















