Bakıda ölçüləri kiçik, imkanları böyük Jeep təqdim olundu
Azərbaycanda kiçik SUV bazarında rəqabət artır
Jeep markasının daha geniş kütlələrə çatmasını təmin edən və böyük rəğbət ilə qarşılanan yeni Renegade modeli ölkəmizdə də satışa təqdim olundu."Marja" xəbər verir ki, Mayın 5-də markanın Azərbaycanda rəsmi distribyutoru "Autolux Azerbaijan" şirkəti Jeep Renegade Trailhawk modelinin təqdimatını keçirib.
Şirkətin Ü. Hacıbəyli, 57 ünvanında yerləşən “Jeep” salonunda keçirilmiş təqdimatda bildirilib ki, Renegade Jeep-in model sırasının ən qabiliyyətli balaca SUV-sidir. Markanın ən uğurlu modelləri arasında yer alan Renegade 2.4 litr, 184 at gücündə mühərriklə və 9 pilləli avtomatik transmissiya ilə təchiz edilir. Modelin Azərbaycanda Trailhawk versiyası satışa təqdim olunur. 53 min manat satış qiymətilə diqqət çəkən Renegade modeli ilə Jeep markası, Azərbaycanda da kiçik və orta SUV sinifində bazar payını artırmağı hədəfləyir.
Avtomobili 20 faiz ilkin ödəniş, 17 faiz illik və 5 il müddətinə kreditlə əldə etmək mümkündür.
Maksimum 180 km/saat sürətlə hərəkət edə bilən Jeep Renegade modeli, 100 km-də orta hesabla 8.1 litrlik yanacaq sərfiyyatı ilə də ön plana çıxır. Renegade 351 litrlik baqaj həcmilə də uzun səyahətlər üçün yetərli yükləmə imkanı təqdim edir.
Qısası, ənənəvi yeddi nəfəslikdən, güclü duruşuna qədər Jeep Renegade sözün əsl mənasında bir Jeep-dir. Renegade, yüksək manevr qabiliyyəti sayəsində, şəhərdə və ya yolsuzluq şəraitində səyahət etmək, yeni yollar kəşf etmək üçün mükəmməl bir avtomobildir.
Qeyd edək ki,ərazi vasitələrinin ikon markası olan Jeep, ötən il dünya miqyasında bir milyonluq satış səddini keçmişdir.
"Autolux Azerbaijan" şirkəti Azərbaycanda “Fiat Chrysler Automobiles Group”un rəsmi distribyutorudur.
Ətraflı məlumat almaq üçün Ü. Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
-
- 8 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 34 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
Rəsmi məzənnələr açıqlandı
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur












.jpg)








.jpg)


