Kapital Bank-ın dəstəyi ilə növbəti “Yaşa” mərkəzi açıldı
Kapital Bank-ın dəstəyi və Heydər Əliyev Fondunun Regionların İnkişafı İctimai Birliyi ilə birgə Sosial Layihələr müsabiqəsi çərçivəsində “Yaşa” Mərkəzinin Şamaxı rayon şöbəsinin açılışı olub.
Şamaxı şəhəri, Azadlıq küçəsi 1 ünvanında fəaliyyətə başlayan mərkəz, “Üçüncü Bahar” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılıb.
Açılış Mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Kapital Bank-ın, Regional İnkişaf İctimai Birliyinin, Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak edib.
“Yaşa” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.
Qeyd edək ki, “Yaşa” Mərkəzinin Bakıda da ofisi (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən artıq fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 5 d. əvvəl
-
-
10 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
19 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 40 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Ən çox oxunanlar
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb





















