Azərbaycanda ev almaq üçün yeni mexanizm işə düşəcək
Azərbaycanda yeni üsulla ev almaq olacaq. Belə ki, Mərkəzi Bank yaxın zamanda əmanət (yığım) - əmanət bankının yaradılması məsələsini Respublikanın İqtisadi Şurasının müzakirəsinə çıxaracaq. Əmanət-tikinti bankı ilə ev almaq üçün vətəndaş banka əmanət yatırır və hər ay bu əmanətin üzərinə aylıq ödəniş şəklində vəsait əlavə edir. Bu proses ipoteka krediti üçün tələb olunan ilkin ödəniş kifayət edənə qədər davam edir.
NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Nüsrət müəllim, sözügedən bankın yaradılması daşınmaz əmlak bazarında nə dərəcədə effektiv olacaq?
- Bu, dünya praktikasında mövcuddur. Aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində olan bir tikinti layihəsidir. Hesab edirəm ki, bu qayda və yaradılacaq bank problemin aradan qaldırılması yönündə əhəmiyyətlidir. Bu söhbət çoxdan gedirdi, çox təəssüf ki, bu günə qədər məsələ öz həllini tapmayıb. Layihənin mahiyyəti ondan ibarətdir ki, bu müddətdə vətəndaş öz əlində olan artıq pulu depozit kimi həmin banka yatırır. İlkin ödəniş məbləği toplanandan sonra bank vəsaitin qalan hissəni özü qoyub vətəndaşın mənzil şəraitinin yaxşılaşmasını təmin edir. Bu, vətəndaşların mənzil problemlərinin həllinə və yaxşılaşdırılmasına yönəlmiş bir layihədir.
- Əmanətin yerləşdirilməsi prosesi necə baş tutur?
- Vətəndaş əvvəlcə bankla müəyyən müddətə müqavilə bağlayır. Müqavilədən asılı olaraq vətəndaş bu müddət ərzində aybaay banka ödəniş edir. Ödəniş onlayn və yaxud da nağd şəkildə oluna bilər. Tutaq ki, evin dəyəri 60 min manatdırsa, müqavilə bağlanır, ilkin ödəniş kimi 20 min manat yığılandan sonra qalan pulu da bank tamamlayır. Beləliklə, vətəndaş öz istədiyi mənzili alır. Bütün bu proseslər müqavilə əsasında icra edilir.
- Vətəndaş ilkin ödəniş kimi 20 min manatı toplayana qədər mənzilin satılması, qiymətlərin artması kimi məsələlər necə həll olunur?
- Təbii ki, bahalaşmanın və ya ucuzlaşmanın qarşısını tam almaq mümkün deyil. Bu dinamika iqtisadi bir prosesdir. Tutaq ki, vətəndaş 3-5 ilə ilkin ödənişi toplayır, pulu qalan hissəsini 3-4 faizlə 15-20 il müddətinə bank verir. Vətəndaş işləyə-işləyə o pulu qaytaracaq. Təbii ki, 15-20 il müddətində daşınmaz əmlak bahalaşır, amma burada vətəndaş yenə də uduşlu olur. Adətən 20-25 ilə daşınmaz əmlak ən azı iki dəfə bahalaşır. Amma ödənilən vəsaitin faizi isə 50 faizdən 70 faizə qədər olur. Yəni istənilən halda vətəndaş uduşlu olur.
Tutaq ki, 65 min manatlıq mənzil 20-25 ilə 120-130 min manat civarında olur. Bu, təbiidir. Hüseyn Cavid prospektində 2000-ci ildə 40 min manata satılan ev bu gün 100-110 min manata satılır. İstənilən halda mənzillər bahalaşır. Xaricdə vətəndaşlar tək daşınmaz əmlakı yox, soyuducu belə alsalar hamısını kreditlə götürürlər. Çünki bilir ki, uzun müddətə inflyasiya faizləri bankın verdiyi faizi üstələyir. Yəni 20 ilə evdə yastığın altına yığılan pul öz dəyərini daha çox itirir, nəinki bankdan götürdüyü kredit.
- Bəs təklif olunan mexanizmin ipoteka kreditindən fərqi nədir?
- Borcalan ipoteka kreditini almaq üçün bəri başdan 10 faizdən 20 faizə qədərini həmin gün ödəməlidir. Başqa sözlə, vətəndaş evdə 15-20 min manat yığmalıdır ki, gedib lazım olan vəsaiti bu gün ödəyə bilsin. Evdə də pulu yığmaq çətindir. Amma bu mexanizm elədir ki, əlində olan vəsaiti aybaay depozit kimi banka yatırırsan və hər ay boğazından kəsib o pulu banka qoymağa məcbursan. Bu daha sərfəlidir, nəinki evdə pul yığmaq.
- Mexanizmin mənfi və müsbət tərəfləri nədir?
- Hələ ki, sözügedən mexanizmin müsbət tərəflərini görürəm, mənfi tərəflərini yox. Bu, sosial bir layihədir.
- Məlumdur ki, ipoteka kreditlərini rəsmi iş yeri olan şəxslər əldə edə bilir. Bəs rəsmi iş yeri olmayan, lakin gəliri olan vətəndaşlar bu imkandan necə yararlanacaq?
- Hesab edirəm ki, rəsmi iş yeri olmayan vətəndaşlar da bu layihədən yararlanacaq. Vətəndaş gedib bankda hesab açır. Bankın marağında deyil ki, şəxs bu pulu qonşusundan, atasından və ya anasından alıb. Əsas məsələ odur ki, şəxs müqavilədə nəzərdə tutulan məbləği aybaay banka ödəyir. Bu, daha çox işlək layihədir, nəinki başqaları.
Teleqraf.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
17 d. əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
2 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
-
2 saat əvvəl
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
-
2 saat əvvəl
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
-
2 saat əvvəl
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
2 saat əvvəl
Avropa Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
Ən çox oxunanlar
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Azvak.az-da yeni iş elanları
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Rusiya yanacaq idxalına başlaya bilər
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb




















