SOCAR və "Equinor" "Qarabağ" layihəsinin icra cədvəlini müzəkirə edirlər
Norveçin "Equinor" şirkəti və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 km şərqdə, açıq dənizdə yerləşən "Qarabağ" yatağının işlənilməsi layihəsi üzrə investisiya qərarının verilməsi istiqamətində çalışırlar.
"Equinor"dan verilən məlumata görə, hazırda iki şirkət layihənin ətraflı cədvəlini müzakirə edirlər.
"İnvestisiya qərarı verilənədək tərəfdaşımız SOCAR-la birlikdə "Qarabağ" yatağının işlənməsi layihəsinin inkişafını davam etdiririk. Layihənin ətraflı cədvəli ortağımız SOCAR-la müzakirə olunur", - "Equinor"da bildiriblər.
Qeyd edək ki, ötən ilin martında SOCAR və Norveçin "Equinor" şirkəti “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq edib. Bunun üçün "Dədə Qorqud" üzən qazma qurğusu ilə "Qarabağ" yatağında qiymətləndirmə quyusu qazılıb. Yataqda kəşf edilmiş neft və qaz həcmləri (60 mln. tondan artıq) onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir. 2020-ci ilin avqustunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib.
Xatırladaq ki, "Qarabağ" perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 km aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.
"Caspian International Petroleum Company" (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış "Qarabağ" hasilatın pay bölgüsü sazişi"nə əsasən, 3 kəşfiyyat quyusu qazmışdır. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləmiş, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar etmişdir. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.
2018-ci ilin may ayında "SOCAR Karabakh" və "Equinor" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib


















