SOCAR hökumətə yeni strategiyasını təqdim edib
"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırda 2011-ci ildə hazırlanmış “SOCAR-ın 2025-ci ilə kimi strateji inkişafına dair Kompleks Planı” əsasında fəaliyyət göstərir. Bu strategiyanın icrası ilə bağlı hər il SOCAR-ın Davamlı İnkişaf Hesabatı şirkətin internet səhifəsində açıqlanır".
Bunu açıqlamasında SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov son günlər bəzi KİV-də SOCAR-ın inkişaf strategiyasının olmaması ilə bağlı iddiyaya cavab olaraq bildirib.
Belə ki, bəzi KİV-lər iddia edirlər ki, bir çox neft şirkətləri artıq 2025 və 2030-cu illərə qədər öz strategiyalarını qəbul ediblər, lakin SOCAR hələ bunu etməyib. İddia olunur ki, SOCAR hazırda heç bir strategiya qüvvədə olmadan fəaliyyət göstərir.
Bu iddianın nə dərəcədə doğru olduğuna cavab verən İ. Əhmədovun sözlərinə görə, ümumiyyətlə, 2005-ci ildən etibarən şirkət müvafiq strateji inkişaf planları əsasında fəaliyyət göstərir: “İlk strategiya 2005-2010-cu illəri əhatə edib. Daha sonra 2011-ci ildə 2025-ci ilə qədər görüləcək əsas işləri özündə ehtiva edən strategiya dünyanın bu sahədə aparıcı şirkətlərindən biri olan “Ernst&Young”ın iştirakı ilə hazırlanıb. Hər il ictimaiyyətə açıqlanan Davamlı İnkişaf Hesabatları da, SOCAR-ın digər hesabatları kimi “Ernst&Young” tərəfindən audit olunur”.
O qeyd edib ki, SOCAR-ın 2025-ci ilədək strategiyasının hələ qüvvədə olduğuna baxmayaraq, Dördüncü Sənaye İnqilabının təsirini, dünya iqtisadiyyatının sürətlə dəyişdiyini və qlobal rəqabətlə ayaqlaşmaq zərurətini nəzərə alaraq, SOCAR artıq yeni strategiyasını da hazırlayıb: “Daha əvvəl bu haqda məlumat da vermişdik. Bu işə dünyanın digər aparıcı məsləhətçi şirkəti “McKinsey” cəlb olunub”.
SOCAR rəsmisi vurğulayıb ki, 2025-ci ilə qədər strategiyanın mövcudluğunu və onun əsasında 2035-ci ilədək yeni strategiya üzərində işlərin aparılmasının əhəmiyyətini SOCAR-ın prezidenti də ötən il dərc olunmuş Davamlı İnkişaf Hesabatının ön sözündə vurğulamışdı: “Ümumiyyətlə, şirkətin inkişaf strategiyası ilə bağlı müxtəlif qeydlər SOCAR-ın açıqlamalarında dəfələrlə yer alıb. Odur ki, bu cür iddiaları irəli sürməkdən əvvəl SOCAR-ın ictimaiyyətə açıq olan hesabatları və digər açıqlamaları ilə tanış olmaq məqsədəuyğun olardı”.
İ. Əhmədov qeyd edib ki, 2035-ci ilə qədər dövrü əhatə edən SOCAR-ın yeni davamlı inkişaf strategiyasının layihəsi artıq ötən il hazırlanıb və hökumətə təqdim edilib: “Hazırda layihəyə baxılır. Yeni strategiya təsdiqləndikdən sonra onun əsas məzmunları haqqında ictimaiyyətə də məlumat veriləcək. Ona qədər isə şirkət daha əvvəl qəbul edilmiş və 2025-ci ilə qədər dövrü əhatə edən strateji inkişaf planı çərçivəsində fəaliyyət göstərir”.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
1 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
2 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
2 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!






.jpg)
.jpg)












.jpg)
