“Bakcell” yeni konsept mağazasını istifadəyə verdi
Bakcell Bakı şəhərində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib.
Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə nömrə və aksessuar satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirərək ən innovativ “hər şey bir arada” konsepsiyası əsasında qurulub.
Təbriz küçəsi 108 ünvanında yerləşən yeni Bakcell mağazasının açılmasında əsas məqsəd abunəçiyə daha yaxın olmaqdır. Yeni mağaza müştəri-yönümlü yanaşmadan istifadə edərək “Bakcell”in yenilənmiş brend qaydalarına uyğun olaraq dizayn edilib, bu isə ziyarətçilər üçün isti bir atmosferin yaradılması üçün imkan yaradıb.
Müştəri və satış məsləhətçisinin bir arada olması və interyerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan olub, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha da asanlaşıb. Yeni dükanda “Bakcell”in bütün məhsul və xidmətləri ilə yanaşı geniş çeşiddə telefon aksessuarları da təqdim edilir. Bundan əlavə, müştərilər burada Bakcell müştəri xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.
“Biz daim çalışırıq ki, “Bakcell”in məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu fəaliyyətin davamı olaraq bu gün biz böyük məmnuniyyətlə Bakı şəhərinin mərkəzində yeni konsept mağazasını təqdim edirik. Burada bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. “Müştəri yönümlülük” adlanan bu standartı Azərbaycanda tətbiq etmiş ilk şirkətlərdən biri “Bakcell”dir. Planımız biznesimizi sistematik qaydada rəqəmsallaşmaya doğru aparmaqla müştərilərə daha çox rahatlıq verməkdir. Müştərilərlə ünsiyyət prosesinin daha rahat və effektiv olması üçün maksimal dərəcədə rəqəmsallaşmalıdır. Biz bunu öz “Mənim Bakcellim” mobil tətbiqini istifadəyə verməklə əyani şəkildə nümayiş etdirmişik”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Yeni Bakcell mağazasının müştərilərini mobil rabitə xidmətlərinə aid bütün məsələlərlə kömək etməyə hazır olan xüsusi hazirlanmış əməkdaşlar qarşılayacaq.
Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
6 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
23 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır





























