“Turanbank”ın xalis mənfəəti artıb, bank daha da böyüyüb - MALİYYƏ VƏZİYYƏTİ
“Turanbank” ASC 2020-ci ili 684 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə ötən il Bankın xalis mənfəəti 64,4% artıb. “TuranBank” 2019-cu ili 416 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə 34 milyon 912 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 36 milyon 206 min manata yüksəlib (1 milyon 294 min manat artıb). Ötən il “Turanbank”ın qeyri-faiz gəlirləri isə 328 min manata artaraq 4 milyon 122 min manat təşkil edib.
BANK BÖYÜYÜB
2019-cu illə müqayisədə 2020-ci ildə “Turanbank”ın cəmi aktivləri 62 milyon 198 min manat artaraq 551 milyon 736 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 5 milyon 939 min manat artaraq 351 milyon 239 min manat təşkil edib.
"Turanbank"ın nağd pul vəsaitləri 2020-ci ildə 2 dəfə artaraq 112 milyon 390 min manata yüksəlib.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Ötən il “Turanbank”da cəmi depozitlər 42 milyon 140 min manat artaraq 280 milyon 232 min manata yüksəlib. Ötən il bankda fiziki şəxslərin (əhalinin) depozitləri 10 milyon 227 min manat, hüquqi şəxslərin depozitləri isə 31 milyon 913 min manat artıb.
MƏCMU KAPİTALI ARTIB
31 Dekabr 2020-ci il tarixində “Turanbank” 82 milyon 215 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda “TuranBank” 76 milyon 821 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 3 d. əvvəl
- 42 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
-
1 saat əvvəl
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Silk Way” ixracında böyük sıçrayış: 21 min dollardan 28,5 milyon dollara
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rəsmi məzənnələr açıqlandı
“Azəralüminium”un ixracı 50% artıb
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
Ötən ilin əvvəlində ixracları sıfır səviyyədə olan 2 şirkət bu il milyonlarla dollarlıq ixrac ilə ilk onluğa daxil olublar
Ən çox oxunanlar
Bu şirkətin ixracı 21 milyon dolları keçib
Aqrar şirkətin ixracı 28% artıb
“AGRARCO” ixracını 3 dəfədən çox artırıb
“Baku Steel Company”nin ixracı 60% artıb
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfədən çox artıb























