2 milyard dollar investisiya
Birləşmiş Ştatların “Microsoft” korporasiyası “General Motors” şirkətinin avtonom avtomobillərin istehsalı ilə məşğul olan “Cruise” bölməsinə investisiya yatırıb.
Bu barədə “Autoua.net” saytı məlumat yayıb.
Mənbə yazır ki, sövdələşmənin yekunları üzrə “Cruise” şirkəti “Microsoft”, “Honda” və digər sərmayədarlardan 2 milyard dollar cəlb edib ki, bu da şirkətin ümumi dəyərini 30 milyard dollaradək artırmağa imkan verib.
Məlumata görə, “Microsoft”, həmçinin layihənin strateji tərəfdaşı qismində çıxış etməyə başlayıb. Sazişin şərtlərinə əsasən, konsernin “Cruise” törəməsi gələcəkdə işə salınacaq robot taksilər servisi üçün istifadə ediləcək “Azure” “bulud” hesablama platformasına keçəcək.
Qeyd olunur ki, tərəfdaşlıq çərçivəsində “Cruise” “bulud” servislərinə qənaət edəcək. “Microsoft” isə qabaqcıl texnologiyaları maşın öyrənmə (Machine learning) və “ağıllı” avtomobillər sahəsində sınaqdan keçirmək imkanı əldə edəcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















