“İqtisadiyyat sahəsinin “generalları” Qarabağın bərpasında da öz qabiliyyətlərini göstərməlidirlər”- İŞ ADAMINDAN TƏKLİFLƏR
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı investisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə həmin ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur.
Azərbaycanın iş adamları da öz təkliflərini irəli sürməyə başlayıblar.
“İnci” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri, tanınmış iş adamı Mikayıl Yusif Marja-ya bildirdi ki, sahibkarlar işğaldan azad olunmuş ərazilərin bərpasında çox aktiv iştirak etməlidirlər:
“Bizim generalarımız döyüşdə öz sözünü dedi. Bir ölkənin iqtisadiyyat sahəsində generalları da onun iş adamlarıdır. Hərbiçi generallarımız kimi, onlar da Qarabağın yenidən qurulmasında öz sözünü deməli, güclərini, qabiliyyətlərini göstərməlidirlər. İş adamlarının bərpa layihələrində iştirakı üçün sərfəli bir mexanizim yaradılmalıdır.
Özəl sektoru cəlb etməklə Qarabağı daha qısa müddətdə yenidən qurmaq və inkişafına nail olmaq olar. Sürətlə canlanma olacaqsa, Qarabağın Azərbaycan iqtisadiyyatına köməyi daha tez və nəzərəçarpan olacaqdır”.
Mikayıl Yusif özəl sektorunun bərpa layihələrinə cəlbi üzrə variantlardan birini də qeyd etdi:
“İşğaldan azad olunmuş ərazilərdəki yaşayış məntəqələri, o cümlədən Ağdam şəhəri yenidən qurulacaq. Tutaq ki, şəhərdə 5 mərtəbəli yaşayış binası tikiləcək. Razılaşmadan asılı olaraq, yaşayış binaları tamamilə özəl sektorun vəsaiti və ya dövlət-özəl sektor vəsaitlərilə birgə də tikilə bilər. Bu varianta görə, tikilən bunanın 1-2 mərtəbəsi özəl şirkətdə qalmalı, qalan mərtəbələr dövlətə təhvil verilməlidir. Binanı tikən özəl sektor binanın 1-ci mərtəbəsində öz mağazasını aça və ya digər şəxslərə icarəyə verə bilər. Məsələn, bina “İnci” Şirkətlər qurupu tərəfindən tikilərsə, 1-ci mərtəbəsində “Ofisait” mağazamız və ya tədris mərkəzimiz yerləşə bilər. Yaşayış mərtəbələrini dövlətə təhvil verərik, dövlət də mənzilləri geri qayıdacaq ailələrə təqdim edəcəkdir. Binada yaşayan insanlar mağazamızda və çatdırılmada işləyə bilərlər.
Xüsusilə iri mağazalar şəbəkəsi olan şirkətlər və fərdi sahibkarlar işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə investor olaraq cəlb edilməlidirlər. İş adamlarını cəlb etməklə dövlət büdcə vəsaitlərinə qənaət edə bilər və bərpa müddəti daha tez müddətdə yekunlaşar”.
İş adamının digər bir təklifi istehsal müəssisələrinin yaradılması ilə bağlıdır:
“İş adamlarına maksimum 2 il ərzində istehsal müəssisəsini yaradacağı şərtilə dövlət tərəfindən torpaq və digər güzəştlər təqdim oluna bilər. İş adamı da müəyyən edilən müddət ərzində istehsal müəssisəsini yaratmalı və öz ata-baba torpaqlarına qayıdacaq insanlar üçün iş yeri açmalıdır”.
Mikayıl Yusif digər şirkətləri və iş adamlarını təkliflər ilə çıxış etməyə, dövlətə kömək göstərməyə çağırdı.
Qeyd edək ki, "İnci" Şirkətlər Qrupu bu ilin Mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat, Sentyabr ayında Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 30 min manat, Dekabr ayında da “YAŞAT” Fonduna 30 min manat ianə köçürmüşdür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 saat əvvəl
-
-
11 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
12 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 12 saat əvvəl
-
13 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
13 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
13 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq






















