“OPEC plus” qərarını açıqladı - NEFT BAHALAŞDI
Azərbaycanın hasilat öhdəlikləri fevral-mart aylarında dəyişməyəcək“OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edlib. Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək.
Marja Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq.
Qeyd edək ki, “OPEC plus” ölkələri arasında bu anlaşmanın əldə edilməsində, neft bazarında sabitliyin bərqərar olması məqsədilə dialoqun davam etdirilməsində və tərəflərin razılığa gəlməsində Azərbaycanın bu töhfəsi iclas zamanı yüksək qiymətləndirilib.
İclasda çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov pandemiyadan irəli gələn qeyri-müəyyənliklərin neft bazarına təzyiqinin davam etdiyini və tələbatın gözlənildiyindən zəif bərpa olunduğunu əsas gətirərək bildirib ki, tənzimləmə prosesinə həssas yanaşma zəruridir: “Bizim üçün əsas məqsəd bazarda tələb-təklif balansının təmin olunması və onun qorunub saxlanılmasıdır. Ona görə də hesab edirəm ki, hasilatın kəskin azaldılmasından artırılmasına keçid tədricən və ehtiyatlı olmalıdır.”
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.
Qərarın ardından Brent nefti 5%-ə yaxın bahalaşıb və 53,67 dolları görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
20 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 20 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
23 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)


