”Azərenerji” Səudiyyə Ərəbistanının şirkətilə müqavilə imzaladı
Bu gün Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında 3 müqavilə imzalanıb.
Onlayn həyata keçirilən imzalanma mərasimində sənədləri nazir Pərviz Şahbazov, “Azərenerji”nin prezidenti Baba Rzayev və “ACWA Power” şirkətinin rəhbəri Mohammad Abunayyan imzalayıb.
Müqavilə özündə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsini əhatə edir.
TƏMƏLQOYMA MART AYINDA OLACAQ
“ACWA Power” şirkətinin rəhbəri Mohammad Abunayyan deyib ki, layihənin təməlqoyması gələn ilin mart ayında olacaq:
“Biz bir sıra ölkələrdə qazandığımız təcrübəni burada maksimum tətbiq etməyə çalışırıq. Bu, mütərəqqi bir layihədir. COVID-19 fonunda biz işimizi ləngitməməli, əksinə, sürətləndirməliyik. Həmçinin bilirsiniz ki, Azərbaycan bir müddət öncə məlum müharibədə iştirak etdi. Amma bu müharibə də bizim layihənin gedişinə təsir etmədi. Hesab edirəm ki, enerji sektoruna daha çox sərmayə qoyulmalıdır. Səudiyyə Ərəbistanı şirkəti olaraq biz bundan qürur duyuruq. Əminəm ki, bu müqavilənin imzalanması digər sahələrin də inkişafına müsbət təsir edəcək. Onu da qeyd edim ki, bu layihənin icrasında Azərbaycanın insan resurslarından istifadə etməkdə israrlıyıq. Digər ölkələrə də demək istəyirəm ki, Azərbaycandan nümunə götürsün. Bu ölkə layihələri vaxtında icra edir".
“Prezident İlham Əliyev enerji mənbələrinin şaxələndirilməsini və 2030-cü ilə qədər bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasını qarşıya məqsəd qoyub”.
Bunu Energetika Naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məqsədə çatmaq üçün 10 şirkətlə müqavilə imzalayıb: "Sizi əmin etmək istəyirəm ki, bununla bağlı tenderlər çox şəffaf keçirilib və çox şadam ki, “ACWA Power” şirkətinin adı həmin 10 şirkət arasındadır. Bizim Səudiyyə Ərəbistanı ilə çoxtərəfli əməkdaşlığımız var. Məhz “ACWA Power”lə bağlanan müqavilənin bu əməkdaşlığa müsbət təsir edəcəyinə əminəm. Qeyd etmək istərdim ki, ilk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində təxminən 1 milyard kVt/s elektrik enerjisi istehsalına nail olunacaq. “Azərenerji”nin prezidenti cənab Baba Rzayev və bu müqavilənin imzalanmasında rolu olan digər şəxslərin məhz peşəkarlığı bizim istəyimizə nail olmağımıza imkan verəcək. Artıq Azərbaycanda bərpa olunan enerji mənbələrindən enerji alınması praktik olaraq həyata keçirilir”.
Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.
Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, "ACWA Power" şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.
Onu da əlavə etmək lazımdır ki, bu gün Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 39 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
2 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
3 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
3 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
4 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















