“Dünyanın dadı” adlı müsabiqə keçirilir
Məşhur kulinariya qrupunda “Dünyanın dadı” adlı müsabiqə keçirilirHəvəskar aşpazlar karantində virtual olaraq dünya mətbəxlərini gəzirlər.
Facebook sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarının birində növbəti maraqlı müsabiqə təşkil olunub. “Dünyanın dadı” adlanan müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman usta Hüseynöv bütün iştirakçıların işlərini qiymətləndirib qalibləri seçir.
Artıq bir həftəyə yaxındır ki, “Азербайджанская Кухня и не только” adlı Facebook qrupunda “Dünyanın dadı” adlı müsabiqəyə start verilib. Layihə çərçivəsində qrup iştirakçılarının virtual olaraq 12 ölkəyə səyahət edəcəkləri planlaşdırılıb. Müsabiqənin birinci həftəsində ilk səyahət qardaş ölkə Türkiyəyədir. Qrup üzvləri türk mətbəxinin bir-birindən ləzzətli reseptlərini hazırlayıb paylaşırlar.
Müsabiqənin gedişatını böyük həyəcan və fəxrlə izləyən qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimlinin sözlərinə görə, bu layihənin təşkil olunmasında məqsəd karantin rejimində evdə qalanlara mənəvi dəstək olmaq, yemək bişirməyi sevən insanları az da olsa gündəlik problemlərdən uzaqlaşdırmaq, ən əsası isə dünya mətbəxini qrup iştirakçıları arasında tanıtmaq və daha əlçatan etməkdir.
“Xatırlayırsınızsa, bir neçə ay bundan öncə qrup iştirakçıları arasında çox sevilən “Ulduzu təkrarla” müsabiqəsini təşkil etmışdım. Qrup üzvləri Azərbaycanın məşhur insanlarının hazırladıqları yeməkləri təkrarlayıb birincilik uğrunda mübarizə aparırdılar. Bu dəfə müsabiqənin formatı tam fərqlidir. Müsabiqə tədqiqat və paylaşma xarakteri daşıyır. Qrupda dünyanın hər yerindən üzv var. İstəyirəm ki, dünya bizim necə bacarıqlı və yeniliklərə açıq olan millət kimi tanımağa davam etsin. Hesab edirəm ki, bizim xalqımız hər bir sahədə necə qabiliyyətli olduğunu nümayiş etdirməli və dünyaya göstərməlidir,” deyə Kübra Kərimli vurğulayıb.
Xatırladaq ki, növbəti həftələrdə qrup üzvlərinin İtaliya, Hindistan, Yaponiya, Pakistan, Meksika və digər ölkələrə virtual səyahətlər edəcəklər.
Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/
Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.
Müsabiqənin baş sponsoru “Soliton” Mağazalar Şəbəkəsi, sponsorları isə “Doymak” və “Qaymaq Premium Gida”dır.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20000 yaxın üzvü var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







