"Yaxın gələcəkdə İtaliya-Azərbaycan Universiteti üçün bina inşa ediləcək"
"İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir".
Marja xəbər verir ki, bunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib.
İlham Əliyev "İtaliyaya dövlət səfərim çərçivəsində təhsil sahəsində də əməkdaşlıq müzakirə olundu" deyərək çıxışına belə davam edib:
"İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















