Könüllülər üçün xüsusi təklif!
Azercell şirkəti “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir(®️) “Azercell Telekom” MMC Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsilə əlaqədar öz xüsusi töhfəsini hazırlayıb. Azərbaycanın lider mobil operatoru “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.
Xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə tarifdaxili danışıq vaxtı, 6GB həcmində internet trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in Zvuk, ivi, Bookmate, Busuu kimi rəqəmsal tətbiqlərindən istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp, Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər. Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir.
Bu xüsusi təklif Azərbaycanda könüllü fəaliyyəti ilə məşğul olan bütün Azercell Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub. Güzəştdən yararlanmaq üçün RİİB-in www.riib.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək lazımdır, qoşulma qaydası və digər təfərrüatlar haqqında ətraflı məlumatı da orada əldə etmək olar. Könüllülər istifadə etdikləri tarif paketin idarə olunması, yeniliklərdən xəbərdar olmaq üçün Azercell-in “Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.
Ölkənin lider mobil operatoru “Azercell Telekom” gənclərin inkişafına təkan vermək məqsədilə irəli sürülən təşəbbüsləri daima dəstəkləyir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. İnanırıq ki, Azercell tərəfindən “Könüllülər İli”nə xüsusi hədiyyə kimi hazırlanan bu təklif təmənnasız olaraq digərlərinə yardım edən könüllülərin əməyinin qiymətləndirilməsi və bu hərəkatın stimullaşdırılmasına qatqı vermiş olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
10 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
11 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Şəkər ixracı 4 dəfədən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb



















.jpg)






