Azərbaycan “OPEC plus”un hasilatın artırılması barədə qərarını dəstəkləyib
2021-ci ilin yanvarından gündəlik hesilat 500 min barrel artırılır.
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması və “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0.5 milyon barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. “OPEC plus” üzrə xam neft hasilatının yanvar ayında 0,5 milyon barrel artırılması qərarını Azərbaycan da dəstəkləyib.
Bu, Marja-ya Energetika Nazirliyindən daxil olan məlumatda bildirilir.
Qeyd edilib ki, beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4 milyon 564 min barrel, qeyri-OPEC ölkələri isə 2 milyon 636 min barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.
İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib ki, neftə tələbatın bərpasını zəiflədən pandemiyanın yeni dalğası vəziyyətində ən optimal tədbir yenə də hasilatın azaldılması üzrə koordinasiyalı fəaliyyətdir: “Neft bazarında nikbinliyin irəlidə dayanıqlı olması bizim dəstəyimizdən asılıdır. Neftə tələbatın bərpasına əminlik yarandığı müddətədək təklifə nəzarət etməliyik. Bu baxımdan mövcud istehsal məhdudiyyətlərinin tədricən yumşaldılması və hasilatın mərhələli şəkildə artırılması yeni reallıqlar şəraitində bazarın canlanmasına, eləcə də balanslaşdırılmasına kömək edəcək.”
Çıxışda Azərbaycanın “OPEC plus” ölkələri tərəfindən imzalanmış tarixi razılaşmaya sadiqliyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın torpaqlarınının işğaldan azad edilməsi və 30 illik bir münaqişəyə son qoyulması ilə nəticələnən tarixi Qələbəsinin həm də əhəmiyyətli enerji infrastruktur layihələrinə təhdidlərə birdəfəlik son qoyduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, iclasda Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolu bu dəfə də Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirilib. O, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın səylərini xüsusi vurğulayaraq, konstruktiv fəaliyyətə görə təşəkkür edib.
Xatırladaq ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər 1,9 mln. barrel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.
Həmçinin oxu
Neftin qiyməti 50 dollara yaxınlaşdı
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
8 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
8 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 8 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
