Azərbaycanda yeni medallar və ordenlər təsis edildi
Azərbaycanda yeni medallar və ordenlər təsis edilib.
Prezident İlham Əliyev “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.
Qanuna əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri təsis olunub. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.
XXX
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
1.1. 1-ci maddəyə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Zəfər” ordeni;
“Qarabağ” ordeni;”;
1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Cəsur döyüşçü” medalı;
“Döyüşdə fərqlənməyə görə” medalı;
“Suqovuşanın azad olunmasına görə” medalı;
“Cəbrayılın azad olunmasına görə” medalı;
“Xocavəndin azad olunmasına görə” medalı;
“Füzulinin azad olunmasına görə” medalı;
“Zəngilanın azad olunmasına görə” medalı;
“Qubadlının azad olunmasına görə” medalı;
“Şuşanın azad olunmasına görə” medalı;
“Kəlbəcərin azad olunmasına görə” medalı;
“Ağdamın azad olunmasına görə” medalı;
“Laçının azad olunmasına görə” medalı;
“Vətən müharibəsi iştirakçısı” medalı;
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı;”.
Maddə 2. “Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu” və “Azərbaycan Respublikasının “Zəfər” ordeninin təsviri” təsdiq edilsin.
Maddə 3. “Azərbaycan Respublikasının “Qarabağ” ordeninin statutu” və “Azərbaycan Respublikasının “Qarabağ” ordeninin təsviri” təsdiq edilsin.
Maddə 4. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 5. “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Cəsur döyüşçü” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 6. “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin..
Maddə 7. “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin..
Maddə 8. “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 9. “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 10. “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 11. “Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 12. “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 13. “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 14. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 15. “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 16. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 17. “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Maddə 18. “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)