Türkiyənin dövlət şirkəti Azərbaycanın Aqrar Sığorta Fondu ilə razılaşıb
Aqrar Sığorta Fondunun nümayəndələri Türkiyədə səfərdə olubAzərbaycan Respublikası Aqrar Sığorta Fondunun (ASF) nümayəndə heyəti aqrar sığorta sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində səfərdə olublar.
Fonddan Marja-ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı Sığortaları sistemi – TARSİM-də, eləcə də "TürkRe" dövlət təkrar sığorta qurumu və başqa təşkilatlarda görüşlər keçirib.
Görüşlərdə aqrar sığorta sahəsində təcrübə mübadiləsi, təkrar sığorta risklərinin ötürülməsi ilə bağlı tariflər və digər məsələlər müzakirə edilib.
Müzakirələrin nəticəsi olaraq Türkiyənin "Türk Re" dövlət şirkətinin Azərbaycanda aqrar sığorta risklərinin yerləşdirilməsi üzrə müqavilədə iştirak etməsi ilə bağlı razılıq əldə edilib.
Xatırladaq ki, Azərbaycanca kənd təsərrüfatı risklərini dövlətin dəstəyi ilə güzəştli şərtlərlə sığortalamağa imkan verən aqrar sığorta sistemi Türkiyənin dəstəyi və TARSİM sisteminin uğurlu təcrübəsindən istifadə edilməklə yaradılıb və noyabrın ayının əvvəlindən fəaliyyətə başlayıb.
İlk aqrar sığorta müqaviləsi noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin və TARSİM təşkilatının rəhbərliyinin iştirakı ilə imzalanıb.
TARSİM-in və Türkiyəli mütəxəssislərin Azərbaycanın aqrar sığorta sisteminə dəstəyi hazırda da davam edir.
Yeni sistem vasitəsilə Azərbaycanda kənd təsərrüfatı heyvanları, əkin sahələri və bitkiçilik məhsullarını, eləcə də akvakultura məhsullarını (balıqları) sığortalamaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























