“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi son iki həftədir 1.19 müqavimət səviyyəsində ticarət edilir və 1.1877$-ın üzərində möhkəmlənərsə, 1.20$-a kimi bahalaşacağı proqnozlaşdırılır. Avroda bahalaşma daha çox dolların dəyər itirməsi fonunda baş verir.
Amerikada koronavirus peyvəndinə dair müsbət xəbərlərin yayılmasına baxmayaraq, investorlar qərarları üçün tərəzinin digər gözünə pandemiyanın iqtisadiyyata təsirlərini də qoyub. Bu baxımında çərşənbə günü Amerikadan dərc ediləcək Bakı vaxtı ilə saat 17:30-da iqtisadi inkişaf, işsizlik müavinətləri və istehlak xərcləri və saat 19:00-da ilkin daşınmaz əmlak bazarı ilə əlaqədar göstəricilər diqqət mərkəzində olacaqdır.
Bazar ertəsi Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın xidmət və sənaye sektorlarına dair önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.
GBP.
Eyni mənzərə GBP/USD məzənnəsində də müşahidə edilir və 1.33$-ın üzərində qalan məzənnənin 1.34$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Funt sterlinq dolların ucuzlaşması ilə bərabər Breksit ticarət sazişinə dair yayılan müsbət xəbərlərdən də dəstək görməkdədir.
TRY.
Türkiyə Mərkəzi Bankı (TCMB) faizlərini artırdıqdan sonra USD/TRY məzənnəsi 8TL-nin altında dalğalanmaqdadır.
Təhlillərə əsasən, məzənnə cari həftə ərzində 7.50 - 7.90TL aralığında korreksiya edəcəkdir.
OIL.
Korona peyvəndinə dair müsbət xəbərlərin yayılmasından sonra Avropanın Brent nefti 45$-ın üzərində ticarət edilir və 45.30$-ın qırılması ilə 49$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qlobal iqtisadi risklərin yüksək olması və monetar siyasətlərdə yumşaldılmanın artırılması, əlvan metallar bazarlarında da güvənli liman maliyyə aləti kimi qızılın da dəyər qazanmasına səbəb olmaqdadır. Dolların ucuzlaşması ilə daha da dəstək görən bir unsiya üzrə qiymət, 1883$-ın (60.5 $/qram) qırılması ilə 1921$-a (61.8 $/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq



















