Azərbaycanda nar qabıqlarından yeni məhsul hazırlanıb
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyi (EİB) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) təcrübi-texnoloji bazası əsasında yaradılmışdır.
AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanovanın Marja-ya verdiyi məlumata görə, AKİ tərəfindən ilk dəfə olaraq qətransız müalicəvi Naftalan neftinin alınma texnologiyası işlənilmiş və onun “Aşqar” EİB-də təcrübi qurğuda istehsalı təşkil edilmişdir.
“Aşqar” EİB-də AKİ ilə birlikdə neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin keyfiyyətinin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılmışdır. Tədqiqatlar nəticəsində respublikada nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında quru tozvari reagent hazırlanmış və onun neft-qaz quyularının qazılmasında istifadəsi təklif edilmişdir.
Bu təklif Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) razılığı ilə Siyəzəndə qazılan neft quyusunda böyük müvəffəqiyyətlə sınaqdan keçirilmiş, əldə olunan nəticələr ARDNŞ-ə təqdim olunmuşdur.
Xarici şirkətlər və investorların də diqqətini cəlb edən bu kimi tozvari reagentlərlə dənizdə neft quyularını qazmaq çox sərfəlidir və daha səmərəli nəticələr verir.
Qeyd edək ki, hazırda Aşqarlar Kimyası İnstitutunda yeni yaradılmış və tətbiq üçün tövsiyə edilmiş bəzi elmi-tədqiqat işlərinin nəticələrinin də “Aşqar” EİB-də reallaşdırılması istiqamətində tədbirlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








