"Onlara güzəştli şərtlərlə yeni avtomobil verilsin"
Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan köhnə avtomobillər istifadədən yığışdırılmalıdır.
Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, artıq Rusiyada bu proses başa çatıb:
"Rusiyada texniki cəhətdən, hətta xarici görünüşdən köhnə olan avtomobillərin müqabilində insanlara müəyyən məbləğdə pul və ya çek verirdilər. Bilirəm ki, Azərbaycanda bu prosesi həyata keçirmək bir az çətindir. Lakin təhlükə yaradan köhnə avtomobillər texniki baxışdan keçməməlidir. Bu maşınların nə qabaq, nə arxa işıqları işləyir, təxminən 30 km/s sürətlə hərəkət edirlər. Bu da xüsusən axşam saatlarında yolda ciddi təhlükə yaradır. Belə avtomobilləri istifadədən yığışdırmaq lazımdır. Onlar hər an həm özləri, həm də digərləri üçün təhlükə yaradır".
Deputat təklif edir ki, köhnə avtomobil sahiblərinə güzəştli şərtlərlə yeni avtomobillər verilsin: "Əlbəttə köhnə avtomobilləri insanların əlindən almaq olmaz, şəxsi mülkiyyətləridir. Təklifim ondan ibarətdr ki, köhnə avtomobil sahiblərinə kiçik də olsa, misal üçün 500-1000 manat məbləğində kompensasiya, eyni zamanda yerli zavoddan onlara güzəştli şərtlərlə yeni avtomobil verilsin. Misal üçün avtomobilin qiyməti yeddi min manatdırsa, onlara 5 min manata, həm də uzun müddətli kreditlə verilsin. Bu, ölkədə avtomobil istehsalına da müsbət təsir edər. Düşünürəm ki, insanlar da bununla razılaşar. Nəyə görə bu cür şərtlərlə təzə maşın almasınlar?".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)



