İlham Əliyev ABŞ-ın yeni Prezidentinə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Cozef Baydenə məktub göndərib.
Marja xəbər verir ki, məktubda deyilir.
Hörmətli cənab Bayden.
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər.
İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.
30 ilə yaxın dövr ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altında saxlayan Ermənistan bu ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqelərini, dinc sakinləri və obyektləri iriçaplı silahlardan atəşə tutmaqla ölkəmizə qarşı növbəti hərbi təcavüz törətmişdir.
Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində aralarında çoxlu sayda azyaşlı olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaralanmış, mülki obyektlər dağıdılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə cəlb edilmişdir. Ermənistan ABŞ-ın da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır.
Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözləyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir. Azərbaycan münaqişənin həlli üzrə mahiyyətli danışıqlara bu əsasda hazır olduğunu dəfələrlə bəyan etmişdir.
Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik.
Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırdır.
Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 noyabr 2020-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
15 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
16 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
16 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib












.jpg)





