“Yaşıl Kart”-la bağlı saxta sığorta müqavilələri satılır - AÇIQILAMA
Son zamanlar nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl Kart”-la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair “İcbari Sığorta Bürosu”na xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən məlumatlar daxil olmuşdur.
Bununla əlaqədar “İcbari Sığorta Bürosu” vətəndaşların diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bununla yanaşı vətəndaşlardan xahiş edirik ki, xarici ölkələrə səfər zamanı Yaşıl Kart sığorta təminatının alınmasında aşağıdakılara diqqət etsinlər:
1.Yaşıl kart blankında yuxarıda solda yerləşən “İcbari Sığorta Bürosu”-nunn logosunun olmasına;
2.Yaşıl kartın qüvvədə olduğu ölkələri əks etdirən cədvəldə (8 -ci bölüm) səyahət edəcəyi ölkənin üzərindən xətt çəkilib-çəkilməməsinə;
3.Yaşıl kartı təqdim edən sığortaçı (10-cu bölüm) barədə məlumatların dəqiqliyinə
Qeyd edək ki, vətəndaşlar İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsi (www.isb.az) vasitəsi ilə və ya (012) 595 00 20 telefonuna zəng etməklə də Yaşıl Kartın etibarlılığı barədə məlumat əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















