Azərbaycanın bank sektoru kiçilib
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 milyard 619 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,4% azdır.
Bankların aktivlərinin 13 milyard 169 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,5%-dən 43%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 2,5% azalaraq 25 milyard 994,6 milyon manata, o cümlədən depozit portfeli 3,4% azalaraq 19 milyard 377,4 milyon manata çatıb. Bunun 7 milyard 716 milyon manatı fiziki, 11 milyard 661,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,1% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 0,8% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 2,4 dəfə artaraq 384,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 1,4% azalaraq 4 milyard 624,4 milyon manat təşkil edib.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























