Muğanbank maliyyə vəziyyətini açıqladı
Muğanbank ASC 2020-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında Muğanbankın cəmi əməliyyat gəlirləri 33 milyon 769 min manat, cəmi əməliyyat xərcləri 35 milyon 333 min manat təşkil edib. Xərclərin gəlirləri 1 milyon 564 min manat üstələməsi ilə bərabər, Bank, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 315 min manat ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayı ərzində Muğanbankın cəmi əməliyyat gəlirləri 43 milyon 285 min manat, cəmi əməliyyat xərcləri 40 milyon 299 min manat təşkil etmiş, gəlirlər xərcləri 2 milyon 986 min manat üstələmişdi. Həmin dövrdə Muğanbank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 11 milyon 241 min manat ayırmışdı.
Diqqəti cəlb edən Muğanbankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmasının 35,6 dəfə azalaraq 11 milyon 241 min manatdan 315 min manata düşməsidir. Bu, Bankın gecikmədə olan kreditlərinin azaldığına işarədir. Nəticədə Bankın zərəri də 4,4 dəfə azalıb.
30 Sentyabr 2020-ci il tarixində Muğanbank 548 milyon 267 min manat cəmi aktivlərə, o cümlədən 334 milyon 334 min manat kredit portfelinə malik olub. Ötən ilin sonunda Muğanbank 660 milyon 836 min manat cəmi aktivlərə malik idi və aktivlərin 366 milyon 66 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.
30 Sentyabr 2020-ci il tarixində Muğanbank 89 milyon 269 min manat məcmu kapitala malik olub.
2020-ci ilin 9 ayı üzrə Muğanbank ASC-nin əsas maliyyə göstəriciləri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















