"Bol pul" siyasətlərinin başa çatması Dolları "alovlandıracaq"
ABŞ Mərkəzi Bankı, Avropa Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankının qlobal böhranla mübarizə üçün tətbiq etdikləri "bol pul" siyasətləri, 3 bankın balansını 13 trilyon dollara çıxarıb. Banklar, xüsusilə son 9 ildə buraxdıqları 9 trilyon dolları geri yığmağın yollarını axtarır.
"Marja" xəbər verir ki, 2008-ci ildə baş verən qlobal maliyyə böhranı dünya iqtisadiyyatını 1929-da baş verən Böyük Depressiyadan bəri görünməmiş bir faciə həddinə gətirdi. Bu mərhələdə baş verən fəlakətə müvəqqəti həll tapmaq vəzifəsi isə dünyanın ən mühüm maliyyə mərkəzləri kimi tanınan ABŞ Mərkəz Bankı (FED), Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəz Bankına (BOJ) qaldı.
Banklar tətbiq etdikləri bol pul siyasətlərilə (Quantitative Easing-QE) bazarlara nağd pul çatışmazlığının olmayacağını bəyan etdilər. Aradan keçən zaman ərzində bankların bazarlara ötürdükləri likvidlik miqdarı 9 trilyon dolları keçərkən, üç bankın ümumi balansı da 13 trilyon dollara çatıb. İndi banklar, xüsusilə 9 ildə dövriyyəyə buraxdıqları 9 trilyon dolları necə geri yığmağı düşünməyə başlayıblar. Bol pulun yığılması isə borc səviyyəsi yüksək olan ölkələr üçün yeni problemlər yarada bilər. Həmçinin təklifin azalması ilə dəyəri artacaq Dollar, neft kimi dollarla əməliyyat görən əmtəələrin qiymətinə də təsir edəcək.
BOL PULUN SONU DOLLARI "ALOVLANDIRACAQ"
ABŞ Mərkəzi Bankı, Avropa Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankının 2008 böhranından əvvəl balans məbləğləri 4 trilyon dollar idi. Bol pul siyasətlərinin islahat zəifliyi və yüksək inflyasiya kimi pis fəsadları var. Doğru zamanda geri yığılmasa risklər arta bilər.
Avropa və Yaponiya mərkəzi banklarının isə növbəti 2 il ərzində bol pul siyasətlərindən çıxmaları gözlənilmir. HAzırda da bu banklar dövriyyəyə pul "nasoslayırlar".
FED bu il sonunda ödəmə müddəti 2018 və 2019-cu ildə olan 783 milyard dollarlıq qiymətli kağızların geri alınması əməliyyatına başlayacaq.
Bol pul siyasətinin sona çatması isə Dolları bahalaşdıra (dövriyyədəki dollar azalacaq), əmtəələri isə ucuzlaşdıra bilər. Belə vəziyyət əmtəə qiymətlərindən asılı olan və yüksək borclu ölkələri çətin vəziyyətə sala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 d. əvvəl
-
- 18 d. əvvəl
- 34 d. əvvəl
-
36 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















