“Huawei” gələn ildən öz əməliyyat sistemini tətbiq edəcək
“Huawei Technologies” şirkəti gələn il istehsal edəcəkləri smartfonlarda “Google Android” əvəzinə özlərinin məhsulu olan “Harmony” əməliyyat sistemini tətbiq edəcək.
“Reuters" xəbər verir ki, şirkətin istehlakçlılar bölümünün rəhbəri Yu Çenqdonq (Riçard Yu) Çinin cənubundakı Dunquan şəhərində şirkətin illik inkişaf konfransında (Huawei Developers Conference) nitq söyləyərək həmçinin “Harmony 2.0” versiyasını ötən il hazırladıqlarını, smartfonlar üçün beta versiyasını isə dekabr ayında açıqlamaq niyyətində olduqlarını diqqətə çatdırıb.
“Harmony” əməliyyat sisteminin noutbuk, saat, telefon kimi ləvazimatı əhatə edən universal platform olduğu, “Google”un “Android” sistemindən daha mükəmməl olduğu bildirilir. “Bu gündən etibarən “Harmony” sistemi 128 kb – 128 mB yaddaşına malik əşyalar interneti cihazlarında tətbiq edilə biləcək. Bu sıraya smart TV, səyyar cihazlar, avtomobillər və s. aiddir. 2021-ci ilin aprel ayında 128 mB – 4 gB yaddaşlı cihazlar üçün, 4 oktaybr tarixindən sonra isə daha böyük yaddaşa malik cihazlar üçün kod açacağıq”, – deyə şirkət nümayəndəsi bildirib.
Qeyd edək ki, “Huawei” şirkəti ötən ilin may ayında ABŞ hökuməti tərəfindən sanksiya siyahısına daxil ediləndən sonra “Google” şirkəti onların “Android” sistemini istifadə edən yeni telefonlarına texniki dəstəyini dayandıraraq həmçinin bir çox “Android” əlavələrinin əsaslandığı “Google Mobile Services” (GMS) zərfindən silib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























