“Onlar Sevinsin” layihəsi bu il Tovuzun Ağdam kəndində!
(®️) Sosial yönümlü layihələrin icrasına daim xüsusi önəm verən Bank of Baku, Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində yeni tədris ilinə özəl olaraq həyata keçirdiyi “Onlar Sevinsin” layihəsini bu il də uğurla başa çatdırdı.
Layihənin dördüncü ilində Bank of Baku-nun əməkdaşları Tovuzun qəhrəmanlar, igidlər kəndi olan Ağdam kəndinə səfər etdilər. Güllə səslərinin qulaq batırdığı, cəsarətin qorxuya qalib gəldiyi, torpağından, suyundan qəhrəmanlıq ətri gələn bu kənddə yaşayan və təhsil alan 150 nəfər məktəbliyə sevgi dolu çantalarını pay etdilər.
“Onlar Sevinsin” layihəsinin əsas məqsədi ucqar rayon və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin etmək, yeni dərs ili öncəsi onları sevindirməklə təhsillərinə töhfə verməkdir.
Layihənin gedişatını əks etdirən video çarxlarla aşağıdan tanış bilərsiniz:
- #OnlarSevinsin 2020 - http://y2u.be/2BJqygD9Wto
- #OnlarSevinsin 2019 - http://y2u.be/PBF8QqvKILA
- #OnlarSevinsin 2018 - http://y2u.be/LySjfG_bOuw
- #OnlarSevinsin 2017 - http://y2u.be/GNzKEej2Kk8
Qeyd edək ki, 2017-ci ildən icrasına start verilən "Onlar Sevinsin" layihəsi ilə Bank of Baku 4 il ərzində ümumilikdə 500 nəfərə yaxın məktəblini sevindirmiş, təhsillərinə dəstək olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 22 d. əvvəl
-
-
33 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
























