Bakıda qaldırıcı kran yaşayış binasının və maşınların üstünə aşıb
Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.Bakıda qaldırıcı kran aşıb.
Hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.
Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.
Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik".
XXX
Bakıda qaldırıcı kran aşdığı əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Bunu nazirliyin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib.
O bildirib ki, ilkin məlumata görə, binaya və bir neçə avtomobilə ziyan dəyib.
Əlavə məlumat veriləcək.
XXX
Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Ölən şəxsin kranın sürücüsü olduğu bildirilir.
Qeyd edilib ki, hadisə nəticəsində yaralan isə ərazidən keçən şəxslərdən biridir.
Məlumata görə, kranın aşması nəticəsində ərazidə olan 6 avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə Nərimanov Rayon Prokurorluğunun əməkdaşları gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 d. əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















