“Azərgold” və “Anglo Asian Mining” yerli zərgərlərə qızıl sata bilər
Qarşıdakı illərdə "Anglo Asian Mining” şirkəti və “Azərgold” QSC-nin yerli zərgərlərə qızıl satacağı gözlənilir.
Bu barədə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.
“Anglo Asian Mining” şirkəti və “Azərgold” QSC ilə əməkdaşlıq etmək məsələlərini müzakirə etmişik. İstəyirik bu şirkətləri yerli sənayeyə də cəlb edək. Yəqin ki, irəlidəki illərdə belə bir potensialın reallaşdırılması mümkün olacaq”, - deyə T.Abbasquliyev qeyd edib.
Xatırladaq ki, “Anglo Asian Mining”və “Azərgold” Azərbaycanda qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Hazırda bu müəssisələr daxili bazara deyil, yalnız xarici bazarlara qızıl və digər qiymətləri metalları ixrac edirlər.
Ümumilikdə isə bu ilin ilk altı ayı ərzində ölkədə 3 862 kiloqram qızıl və gümüş hasılatı olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artım deməkdir.
2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 85,7 milyon ABŞ dolları məbləğində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edilib.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








