ÜST Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirib.
“Guardian”nın verdiyi xəbərə görə, ÜST-ün sözçüsü Tarik Yasareviç brifinqdə deyib ki, Rusiya ilə yeni təsdiq olunmuş koronavirus peyvəndinin ÜST-ün standartlarına uyğun olub-olmaması ilə bağlı müzakirələr aparılır.
“Biz Rusiyanın səhiyyə rəsmiləri ilə yaxın əlaqədəyik. Peyvəndin ÜST-ün standartlarına uyğun olub-olmaması ilə bağlı müzakirələr davam edir. Lakin yenə də qeyd edirəm ki, hər hansı bir peyvəndlə bağlı ilkin dəyərləndirmə tələb olunan bütün təhlükəsizlik və effektivlik məlumatlarının ciddi şəkildə nəzərdən keçirilməsini və qiymətləndirilməsini əhatə edir”, - deyə ÜST-ün sözçüsü bildirib.
Qeyd edək ki, bu gün Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvənd qeydiyyatdan keçib. Koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçdiyini Rusiya Prezidenti elan edib.
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























