Dəmiryol şəbəkəsinin səmərəliliyi necə müəyyən olunur? - RƏY
Dəmiryolları hər bir ölkənin iqtisadi inkişafında önəmli rol oynayan infrastrukturlardandır. Belə ki, dəmiryolları sərnişin və yüklərin daşınmasında səmərəli, sürətli və ucuz üsullardan biri sayılır. Sənayələşmiş ölkələrin demək olar ki, hər birinin inkişaf etmiş dəmiryol şəbəkəsi mövcuddur.
Bəs beynəlxalq təcrübədə dəmiryol şəbəkəsinin səmərəliliyi necə müəyyən olunur?
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev bildirib ki, dəmiryollarına investisiyaları iki hissəyə bölmək olar:
“Hərəkət tərkibinə olan investisiyalar (qatarların, lokomotivlərin, vaqonların alınması), infrastruktur layihələri (yeni yolların tikintisi, mövcud yolların əsaslı təmiri və yenidən qurulması). Bu investisiyaların müxtəlif ömrü var. Məsələn, dünya təcrübəsində 50-60 il ərzində infrastruktur investisiyalarının səmərəliliyinə baxılır və qiymətləndirilir. Hərəkət tərkibli investisilarda isə səmərəlilik müddəti 20-30 il müəyyən olunur”.
“Avropa yanaşmasında 50-60 il ərzində dəmiryol infrastrukturuna qoyulan investisiyaların səmərəsi müəyyən olunur”
Ekspertin sözlərinə görə, Böyük Britaniyada infrastruktur layihələri 60 il ərzində qiymətləndirilir və bu vaxt ərzindəki iqtisadi səmərələr toplanaraq investisiyalar ilə müqayisə edilir. Əgər səmərə investisiyalardan bir neçə dəfə çoxdursa, bu səmərəli investisiya sayılır. Ümumən, Avropa yanaşmasında 50-60 il ərzində qoyulan investisiyaların səmərəsi müəyyən olunur".
“Sərnişindaşımaya qoyulan investisiyalar insanların işbaşına daha tez çatdırılmasına səbəb olursa, onların təhlükəsizliyi artırsa, ətraf mühitə atılan qazlar azlırsa, bunların hamısı səmərə sayılır”
H. Abdullayev vurğulayıb ki, qoyulmuş investisiyaların gələcəkdə hansı səmərəni gətirməsinə baxılarkən maliyyə səmərəsindən daha çox geniş iqtisadi səmərənin olması vacib sayılır:
“Çünki dövlətin investisiya yatırdığı layihələrə daha çox sosial-iqtisadi tərəfindən baxmaq lazımdır. Əgər uzunmüddətli effektlər xərclənən investisiyaları doğruldursa, bu layihəyə yatırımlar etmək lazımdır. Sərnişindaşımaya qoyulan investisiyalar insanların işbaşına daha tez çatdırılmasına səbəb olursa, onların təhlükəsizliyi artırsa, ətraf mühitə atılan qazlar azlırsa, bunların hamısı səmərə sayılır".
“Azərbaycan dəmiryollarında gələcək üçün səmərəlilik proqnozlarının müəyyən edilməsində beynəlxalq maliyyə qurumlarının metodologiyasından istifadə olunur”
"Burada əsas məsələ səmərəliliklə bağlı proqnozların edilməsidir. Azərbaycanda belə proqnozlarda beynəlxalq maliyyə qurumlarının metodologiyasından istifadə olunur. Belə ki, beynəlxalq maliyyə qurumlarının kredit verdiyi xətlərdən bu qiymətləndirmələr aparılır. İqtisadiyyata və əhalinin geniş rifahına təsiri ölçmək üçün ciddi iqtisadi təhlillər və metodologiyaların edilməsinə ehtiyac var”, - deyə o qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)















.jpg)
