“Bu cür davam etsə SOCAR mənfəətin nə olduğunu "unutmalı" olacaq”
Koronavirus pandemiyasının yaylmasına qarşı tətbiq edilən karantin rejimi səbəbindən ötən ildən neft bazarında davam edən böhran daha kəskin fazaya daxil oldu. Həmin xammala tələbin aşağı düşməsi ilə qiymətlərin kəskin azalması baş verdi. Bu, dərhal özünü bazarın iri oyunçularının maliyyə göstəricilərinin pisləşməsində göstərdi. Belə ki, ABŞ-ın ən iri neft-qaz şirkəti olan “Exxon Mobil Corp.” son 30 ildə ilk dəfə birinci rübü zərərlə başa vurdu. İkinci rübün nəticələrinə görə, şirkətin yenidən zərər elan edəcəyi gözlənilir. Bazar şəraitinə cavab olaraq “Exxon” cari ildə kapital xərclərini 30%, əməliyyat xərclərini isə 15% azaldacağını elan etdi. Böyük Britaniyanın BP şirkətinin eyni dövrdə xalis zərəri 4,4 milyard ABŞ dollar oldu. Şirkət pandemiya şəraitində xərclərə qənaət etmək üçün bu ilin sonuna kimi 10 min iş yerini ixtisar edəcək.
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vəziyyət necədir və şirkətin yeni bazar şəraitinə reaksiyası nə dərəcədə çevikdir?
İqtisadçı-ekspert Amal Həsənli bildirib ki, SOCAR dərhal xərclərin optimallaşdırmasına start verməsə, bir müddət mənfəətin nə olduğunu "unutmalı" olacaq.
Onun sözlərinə görə, SOCAR-ın yeni bazar şəraitinə adekvat cavab verməməsi onun dayanıqlığına ciddi təhdid yaradır: “Ötən il neft bazarı üçün kifayət qədər çətin il oldu. Qiymətlər 10%-dək ucuzlaşdı. Həmin ildə SOCAR-ın vəziyyətdən azda olsa mənfəətlə çıxması pozitiv hal oldu. Lakin bu il vəziyyət kardinal dərəcədə dəyişdi”.
Ekspertin fikrincə, bu il neft sektoru üçün sözün həqiqi mənasında fəlakətli oldu.
"Qiymətlər tarixi minimum səviyyəyə düşərək mənfi həddlərə çatdı. “Qara qızıl”a tələb kritik həddə düşdü. Belə şəraitdə xərclərin optimallaşdırılması məsələsi mühüm əhəmiyyət qazandı. Qlobal bazarın aparıcı oyunçuları buna müvafiq olan addımlar atdılar. Kimi kapital və əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltdı, kimi isə kütləvi işçi ixtisarlarına getdi”,- o deyib.
İqtisadçı vurğulayıb ki, SOCAR-a münasibətdə analoji yanaşma hələlik müşahidə olunmur: “Şirkət qeyri rentabelli istiqamətlərdəki fəaliyyətini ya dayandırmalı, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır. İndiki halda xərclərin optimallaşdırılması şirkət üçün prioritetə çevrilməlidir. Bununla bağlı qərar nə qədər çox uzansa şirkətin maliyyə itkiləri də buna münasib olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
5 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
5 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















