İcbari sığorta növləri üzrə ödənişlər azalıb
Könüllü sığorta 14%, icbari sığorta isə 7% artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 242 milyon 354 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,6% artaraq 113 milyon 553 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 110 milyon 747 min manat təşkil edib ki, bu da illik müqayisədə 73% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 12,4% azalaraq 26 milyon 53 min manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 45,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-may aylarında 30,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 27,9 manatdan 22,95 manata düşüb.
Həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 140 milyon 866 min manat sığorta haqqı toplanılıb.
Bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 21,2% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 251 milyon 4 min manat təşkil edib. Bu isə illik müqayisədə 5,9% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 71 milyon 736 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,8% artaraq 65 milyon 64 min manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 50,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-may aylarında müvafiq olaraq 26,75 manat və 30,9 manat olub.
©️ “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









