Həyatın yığım sığortasına köçürülən maaşlar artır - 5 AYDA 100 MİLYONA YAXINLAŞIB
Ötən ilin Yanvarından tətbiq edilən məhdudiyyətə baxmayaraq həyatın yaşam (yığım) sığortası üzrə hesablanan sığorta haqları artır. Bu, daha çox şəxsin öz maaşını həyatın yaşam sığortası vasitəsilə investisiya etdiyinə işarədir.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları 2020-ci ilin yanvar-may ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon 412 min manat və ya 34,8% artaraq 98 milyon 447 min manat təşkil edib.
İlk 5 ayda həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 40 milyon 783 min manat və ya 2,4 dəfə artaraq 70 milyon 402 min manat təşkil edib.
Həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqlarında bu il ötən ilin eyni dövrü ilə müqayisədə artım olasa da hələ də 2018-ci yanvar-may ayları ilə müqayisədə azadır. Belə ki, 2018-ci ilin ilk 5 ayında 113 milyon 315 min manat sığorta haqları hesablanmışdı. Həyatın yığım sığortası ilə bağlı məhdudiyyət ötən il sığorta haqlarının azalmasına səbəb olmuşdu.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə maaşın 50%-nədək hissəsi həyatın yığım sığortasına köçürülə bilər. Bu zaman köçürülən məbləğ gəlir vergisindən və sosial sığorta haqlarından azad olur. Bu sığortadan faydalanan şəxs həm ödəmədiyi vergiləri, həm də həyatın yaşam sığortası şirkətinin ödədiyi investisiya gəlirini qazanc olaraq götürür.
Azərbaycanda 4 həyat sığortası şirkəti (Atəşgah Həyat, PAŞA Həyat, Qala Həyat və Xalq Həyat) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








