"Bu "köpük" partlayarsa, Rubl kəskin düşə bilər"
Rusiya valyuta bazarında spekulyativ "köpük" yaranıb və bu "köpük" partlayarsa, rublun dollara qarşı məzənnəsi kəskin düşə bilər.
TASS agentliyi xəbər verir ki, bu barədə xəbərdarlığı prezident yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndə Boris Titov edib.
B.Titov bildirib ki, "Carry trade", yəni faiz fərqindən əldə olunan gəlir səbəbindən rubl kəskin möhkəmlənir: "Xarici investorlar öz ölkələrində ucuz faizlə borc alaraq yüksək faizlə rubl istiqrazlarına vəsait yatırır və böyük qazanc əldə edir. Bu vəziyyət hər an bitə bilər. O zaman isə rublun məzənnəsini kəskin azalma gözləyir".
Titov həmçinin bir müddət öncə Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullinanı da tənqid edib. Belə ki, Nabiullina "carry trade" əməliyyatlarında 2-5 mlrd. dollar həcmində vəsaitin iştirak etdiyini, bunun isə maliyyə sistemi üçün təhlükəli olmadığını bildirib. Titov isə birja əqdlərindən başqa, birjadankənar əməliyyatlarda da külli miqdarda spekulyativ vəsaitin olduğunu bildirərək, "köpük" partlamasına qarşı ehtiyatlı olmağa çağırıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























