"Azərbaycanın sığorta bazarında “təmizləmə” davam edəcək"
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta bazarının konsentrasiyasının yüksək səviyyədə olduğunu qeyd edir.
Bu barədə "S&P"nin hesabatında deyilir.
"Azərbaycanın sığorta bazarında 21 sığorta şirkəti fəaliyyət göstərir ki, onlardan da 17 şirkət qeyri-həyat sığortası, 4 şirkət isə həyat sığortası ilə məşğul olur. Bazarın konsentrasiya səviyyəsi yüksəkdir: 5 ən iri şirkət qeyri-həyat sığortası sektorunun 70%-nə nəzarət edir. Fikrimizcə, iri oyunçular daha çox tanınan brendlərlə xarakterizə olunur və müştərilərin onların sığorta məhsulları barədə daha çox məlumatlı olması, eləcə də bu şirkətlərin səmərəli idarə etdikləri satış şəbəkələrinin mövcudluğu ilə bağlı üstünlüklərdən istifadə edirlər", - deyə hesabatda bildirilir.
Agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycanın sığorta sektorunun tənzimlənməsi rejimi bazara yeni şirkətlərin daxil olmasını məhdudlaşdırmır.
"Bununla yanaşı, son illərdə tənzimləyici orqan sığorta sektorunun "təmizlənməsi" ilə məşğul olub, nəticədə son dörd ildə beş şirkət bazarı tərk edib. Biz bu tendensiyanın yaxın illərdə də davam edəcəyini və maliyyə problemləri olan daha zəif şirkətlərin bazardan gedəcəyini gözləyirik. Xarici investorlar Azərbaycanın sığorta sektoruna böyük maraq göstərmir. Xarici sığorta şirkətləri son illər Azərbaycanda fəaliyyət göstərmir ki, bu da onların qlobal strategiyalarına yenidən baxılması ilə bağlı olub. Bununla əlaqədar biz yaxın vaxtlarda ölkənin sığorta bazarına yeni xarici şirkətlərin daxil olacağını gözləmirik", - deyə hesabatda qeyd olunur.
“S&P”nin qiymətləndirmələrinə görə, Azərbaycanda sığorta sektorunun aktivlərinin strukturu kifayət qədər mühafizəkardır.
"Orada pul vəsaitləri və sabit gəlirli alətlər üstünlük təşkil edir və biz bu strukturun saxlanacağını gözləyirik. Eyni zamanda, biz investisiya portfellərinin orta kredit keyfiyyət göstəricilərinə təzyiqin olduğunu qeyd edirik, çünki investisiya edilmiş aktivlərin böyük hissəsini Azərbaycanın bank sektorunda yerləşdirilmiş qeyri-investisiya kateqoriyalı reytinqlərə malik alətlər təşkil edir. Biz, həmçinin istiqraz emitentlərinin reytinqlərinin mümkün azalması və ya emitent defoltu ilə bağlı potensial risklərin olduğunu diqqətə çatdırırq", - deyə hesabatda vurğulanır.
©️ "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








