"Moldovadan, Ərəb Əmirliklərindən də sifarişlər var"
Cəlilabadda ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artırılır. Rayonda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan sahələrdən biri də çiyələkçilikdir. Mövsüm başlayandan bu günədək fermerlər 350 tona yaxın məhsulu Rusiya bazarlarına göndəriblər.
Xüsusi karantin rejimi ilə əlaqədar izolyasiya tədbirlərinə riayət edən təsərrüfat sahiblərinin becərdikləri məhsulu yerli bazarla yanaşı, xaricə də çıxarmaq imkanları var. Bu günədək istehsal olunan 3950 ton keyfiyyətli məhsulun 350 tondan çoxu Rusiya bazarlarına çıxarılıb. Mütəxəssislərin hesablamalarına görə, fermerlər indiyədək çiyələk istehsalından 6 milyon manata yaxın qazanc əldə ediblər.
Çiyələk yetişdirənlərin sözlərinə görə, əvvəllər becərdikləri məhsulun dadı bazarın tələbatına uyğun olmadığına görə 5-6 ildir xaricdən alınan yeni sortlar əkirlər.
“Qorxurduq ki, karantin rejiminə görə məhsulumuzu sata bilməyəcəyik. Biz fermerlərə lazımi şərait yaradıldı, kəndlilər sahələrə çıxdı, kənd təsərrüfatında durğunluq yaşanmadı. Şükür Allaha, işlərimiz yolunda gedir. Bu günə kimi heç bir problem olmayıb. Məhsulumuz yığılır, bir qismi daxili bazara, bir qismi də xarici bazarlara – Rusiya və Qazaxıstana ixrac olunur. Moldovadan, Ərəb Əmirliklərindən də sifarişlər var. İnşallah yollar tam açılsın, həmin ölkələrə də çiyələk ixrac edəcəyik”, - deyə fermer Vüqar Musayev bildirir.
Bu sahə gəlirli və rentabelli olduğundan demək olar ki, ilin bütün fəsillərində işçi qüvvəsinə tələbat olur. İşçilər tərəfindən toplanılan məhsul elə sahədə çeşidlənir. İxrac üçün nəzərdə tutulan qabların üzərinə sahibkara məxsus xüsusi kod yapışdırıldıqdan sonra məhsul soyuducu anbarlara göndərilir. İstehsalçılar məhsulun hazırkı bazar qiymətlərindən də razıdır.
Cəlilabad çiyələyinin çox dadlı olduğunu söyləyən Vüqar Musayev deyir ki, bu məhsula nəinki ölkə bazarlarında, xarici bazarlarda da tələbat var:
“Qiymətlər bizi qane edir. Məhsuldan asılı olaraq, qiymətlər 1 manat 90 qəpik - 2 manat 50 qəpik arası dəyişir. İndi məhsul yığımının bir mərhələsi başa çatıb və yenidən çiçəklənmə prosesi gedir. Növbəti aylarda gözəl məhsul gözləyirik”.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovun sözlərinə görə, Cəlilabadda 500 hektara yaxın sahədə çiyələk əkilib. Bu il əlavə olaraq 40-50 hektar yeni çiyələk sahəsinin salınması planlaşdırılır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 d. əvvəl
-
14 d. əvvəl
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
- 31 d. əvvəl
- 37 d. əvvəl
-
45 d. əvvəl
“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb
-
1 saat əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
1 saat əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
1 saat əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Volkswagen-in gəlirləri və mənfəəti azalıb
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
Ən çox oxunanlar
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı















.jpg)







