Şənbə və Bazar günləri küçəyə çıxmaq qadağan oluna bilər
Azərbaycanda Cümə günü axşamdan Bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma gözlənilir"Azərbaycanda koronavisrusa yoluxanların sayının sürətlə artması karantin rejiminin yumuşaldılmasının dayandırılmasını və yenidən məhdudiyyətlərin tətbiq edilməsini aktuallaşdırıb".
Marja xəbər verir ki, bunu keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirb.
"Ola bilsin ki, Cümə günü axaşmadan Bazar ertəsi səhərə qədər hərəkətin tam məhdudlaşdırılması, mağazaların bağlanması rejimi tətbiq edilsin. Bu barədə Baş nazir sabah qərarını verəcək",- İbrahim Məmmədov bildirib.
"Son günlər yoluxma dərəcəsi artır, sağalanların sayı yoluxanların sayından xeyli geri qalır. Buna səbəb vətəndaşların məsuliyyətsizliyidir. Karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir. Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq".
İ. Məmmədov deyib ki, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır: “Bu, yeni situsiya yaradıb. Əsas fərq də vətəndaşların karantin rejiminin tələblərinə əməl etməməsidir. Ticarət mərkəzlərində, metroda insanlar karantin rejiminin qaydalarına əməl etmirlər. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, o cümlədən yenidən məhdudlaşdırma qaydalarının qoyulması ilə bağlı məsələ aktuallaşır".
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Azərbaycanda həftə sonu (şənbə və bazar) tam qapanma gözlənilir. Həmin günlər ərzaq mağazaları da bağlı olacaqdır. Vətəndaşlar 2 günülük küçəyə çıxmaq qadağasını nəzərə alaraq ərzaqları öncədən almalıdırlar.
İctimai və şəxsi nəqliyyatın da tam məhdudlaşdırılması nəzərdə tutulur. Apteklərin məsələsi müzakirə olunur.
Karantin rejiminin sərtləşdirilməsinin təfərrüatları sabah açıqlanacaqdır. Bu məsələ ilə əlaqədar Baş nazirin çıxışı olacaq.
Həftəsonları küçəyə çıxmaq qadağası 2 ayadək davam edə bilər. Bu qadağa bayram günlərini də əhatə edə bilər.
Həftəsonları küçəyə çıxmaq qadağası üzrə digər ölkələrin təcrübələri öyrənilmiş və bunun effektiv olduğu görülmüşdür.
Qeyd edək ki, son 24 saatda Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı (ən böyük gündəlik yoluxma) qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 36 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)








.jpg)






