Türkiyədə fəaliyyət göstərən şirkət Bakı Fond Birjasından pay alıb
Azərbaycanın qabaqcıl investisiya şirkəti “İnvest-AZ İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-dəki payının yarısını Türkiyədə fəaliyyət göstərən “İnvest-AZ Yatırım Menkul Degerler Anonim Şirkəti”nə satıb.
Marja Bakı Fond Birjası-nın Audit hesabatına istinadən xəbər verir ki, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Birjanın nizamnamə kapitalınakı payı 9.5238%-dən 4.7619%-ə düşüb. Nəticədə də “İnvest-AZ Yatırım Menkul Degerler Anonim Şirkəti” 4.7619% paya malik olub.
Qeyd edək ki, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və “İnvest-AZ Yatırım Menkul Degerler Anonim Şirkəti”nin əsas səhmdarı eyni şəxsdir.
31 dekabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin 11 səhmdarı olub. Bakı Fond Birjası 1 milyon 260 min manat nizamnamə kapitalına malikdir.
“Bakı Fond Birjası” QSC 23 oktyabr 1997-ci il tarixində təsis edilmiş və Azərbaycan Respublikasında fəaliyyət göstərir. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycan Respublikası daxilində bütün növ qiymətli kağızlarla ticarət əməliyyatlarının təşkil edilməsidir.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 31 dekabr 2019-cu il tarixində 2 milyon 255 min manat nizamnamə kapitalına malik olub. Şirkət 2019-cu ili 556 min manat xalis mənfəət ilə bağlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























