Toyların qadağan edilməsi mebel istehsalı və satışına mənfi təsir edib
Azərbaycanda mebellərin fabrik yığımı və ixracı ilə məşğul olan "Embawood”, “Saloglu”, “Foriella”, “Rattan bağ mebelləri” kimi iri şirkətlər fəaliyyət göstərir. Bu şirkətlər həm yerli əhalini mebel avadanlıqları ilə təmin edir, həm də Gürcüstana, Qazaxıstana, Qırğızıstana, Türkmənistana, İrana, o cümlədən Rusiyaya mebeli ixracı həyata keçirirlər.
İlin əvvəllərində Azərbaycanda mebel istehsalı və ixracı ilə bağlı gözləntilər ümidverici olsa da, ölkədə pandemiyanın yayılması müxtəlif biznes sahələri kimi bu istiqamətdə də təsirlənməni qaçılmaz etdi.
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhur Məmmədov verdiyi açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar mebel istehsalı və satışında durğunluq yaşanır. Sədrin qeyd etdiyinə görə durğunluğun səbəbləri isə aşağıdakılardır:
"Mebel istehsal edən şirkətlər tamamilə bağlanmasalar da, fəaliyyətlərini müvəqqəti dayandırıblar. Buna səbəb ilk öncə onların işçilərinin bayramla əlaqədar rayonlarda olması, sonra isə karantin ilə bağlı satış mağazalarının bağlanılması oldu. Mebel şirkətlərinin satışları yalnız mağazalar vasitəsilə mümkündür. Mağazalar da bağlandığı üçün şirkətlər, demək olar ki, satış edə bilmədilər. Bu gün Azərbaycanda mebel istehsalı və satışının 70-75%-i toy mərasimləri ilə bağlıdır. Bu sahədə durğunluğun yaranmasının səbəblərindən biri də toy mərasimlərinin dayandırılmasıdır. Yəqin bu problemlər yaxın zamanda öz həllini tapacaq.
Digər problem isə Azərbaycanda mebel xammalının olmaması və xammalın xaricdən gətirilməsi ilə bağlıdır. Azərbaycana xammal ixrac edən ölkələrdə də pandemiya yaşandığına görə hazırda xammal təchizatı sahəsində problemlər var. Məhsulların çatdırılması ilə bağlı logistika sektorunda çətinliklər yaranıb. Yəqin ki, toylar və şadlıq evlərinin fəaliyyəti bərpa olduqdan sonra mebel sahəsində də işlər qaydasına düşəcək.
Logistika problemləri və digər ölkələrdə mağazaların bağlanması nəticəsində Azərbaycandan xaricə mebel çatıdırlması da problemlə qarşılaşıb. Bir neçə aydan sonra bu problemlər həll olacağı gözlənilir. Çox güman ki, iyun ayından sonra ixrac başlayacaq. Hələlik isə Azərbaycandan xaricə mebel ixracı tamamilə dayanıb".
Assosiasiya sədri dövlət dəstəyindən yararlanmaq məsələsinə də toxunub:
"Yaranmış çətinliklərlə əlaqədar dövlət tərəfindən mebel istehsalçılarına da əməkhaqlarla bağlı yardımlar edilib. Mebel istehsalçılarının heç biri işçi ixtisarına yol verməyib. Çünki heç bir müəssisə öz mütəxəssisini itirmək istəmir. Ona görə də maksimum dərəcədə hamısı işçilərini qoruyub saxlamağa çalışırlar. Aprel ayında dövlət tərəfindən bizə dəstək göstərilib. Ehtimal olunur ki, may ayında yenə belə bir dəstək olacaq".
M.Məmmədovun proqnozuna görə pandemiya xarici ölkələrdə mebel istehsalına zərbə vurduğu üçün Azərbaycanda yerli istehsala tələbat artacaq:
"Düşünürəm ki, bütün bu proseslər, pandemiyanın xarici istehsalçılar üçün də yaratdığı problemlər Azərbaycanda yerli istehsalın artmasına müsbət təsir göstərəcək. Çünki pandemiya ilə bağlı yaranan geriləmə tək bizdə deyil, Türkiyədə, Çində və digər mebel istehsal edən ölkələrdə də yaranıb. Bu geriliyin aradan qalxması müəyyən qədər vaxt aparacaq. Bu müddət isə bizdə yerli mebel istehsalına müsbət təsir göstərəcək, yerli məhsulların satılmasına səbəb olacaq ki, bu da istehsalın artmasına gətirib çıxaracaq. Ölkələrarası yollar açılandan sonra belə qırılan iqtisadi əlaqələrin bərpası zaman tələb edəcək. Bu zaman çərçivəsində yerli istehsalçılar öz bazar paylarını artıracaqlar".
©️ Report
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
4 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
4 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
4 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
5 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı





















