Sığorta haqlarının 78%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 240 milyon 640 min manat sığorta haqqının 187 milyon 180 min manatı və yaxud 77,75%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (75 milyon 930 min manat), "PAŞA Həyat Sığorta" (53 milyon 766 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (35 milyon 748 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (11 milyon 1 min manat) və "Qala Sığorta" (10 milyon 735 min manat) ASC-lərdir.
3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (247 min manat), "Bakı Sığorta” (349 min manat) və “Xalq Həyat Sığorta” (475 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,076 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,45%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 52 milyon 508 min manat (21,8%) təşkil edib.
Sığorta ödənişlərinin 76%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 77 milyon 64 milyon manat sığorta ödənişinin 58 milyon 610 min manatı və yaxud 76,05%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (29 milyon 891 min manat), "PAŞA Sığorta" (15 milyon 282 min manat), "Atəşgah Həyat Sığorta" (4 milyon 726 min manat), “Xalq Sığorta” (4 milyon 537 min manat) və "Atəşgah Sığorta" (4 milyon 174 min manat) ASC-lərdir.
3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "Bakı Sığorta" (62 min manat), "Rəvan Sığorta" (134 min manat) və "Amrah Sığorta" (173 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 369 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,5%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 18 milyon 5 min manat (23,45%) təşkil edib.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)









.jpg)




