Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
Hələdə çoxları “bu bir oyundur” deyərək Dolların ucuzlaşmasına inanmasalar da, Manat rəsmi olaraq dəyər qazanır. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 15% bahalaşıb.
Bu gün Mərkəzi Bankda keçirilmiş hərracda Dollar ucuzlaşsa da, banklarda Dolların bahalaşması ilə yadda qaldı.
- Səhər saat 09:20-də Mərkəzi Bank Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsini 1.7029 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin qalxdığı müşahidə olundu. Dolların satış qiyməti 1.71 manatadək qalxdı.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7026 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında cüzi möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların qalxdığı müşahidə olundu. Dolların banklarda alış qiyməti 1.6850 manatdək, satış qiyməti 1.7250 manatadək qalxdı. Axşam saatlarında Dolları ən ucuz - 1.70 manata GünayBank satırdı.
Qeyd edək ki, bu həftənin çərşənbə axşamı günü Dolların alış qiyməti 1.60 manatadək, satış qiyməti isə 1.64 manatadək düşmüşdü.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Axşam saat 17:05-də Mərkəzi Bank 14.04.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7026 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnə ilə eynidir.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların kəskin qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Saat 17:00-da banklarda Dollar və Avronun alış-satış qiymətləri
Bankın adı | Dollar | Avro | ||
Alış | Satış | Alış | Satış | |
1.6180 | 1.7050 | 1.7266 | 1.8266 | |
1.6550 | 1.7200 | 1.7664 | 1.8444 | |
1.665 | 1.715 | 1.76 | 1.845 | |
1.6550 | 1.7150 | 1.7500 | 1.8300 | |
1.6600 | 1.7050 | 1.7600 | 1.8250 | |
1.6300 | 1.7050 | 1.7500 | 1.8320 | |
1.6250 | 1.7050 | 1.7266 | 1.8357 | |
1.6500 | 1.7200 | 1.7600 | 1.8400 | |
1.6850 | 1.7250 | 1.7700 | 1.8500 | |
1.6500 | 1.7100 | 1.7600 | 1.8500 | |
1.66 | 1.72 | 1.72 | 1.87 | |
1.6400 | 1.7200 | 1.7200 | 1.8500 | |
1.65 | 1.703 | 1.75 | 1.818 | |
1.6400 | 1.7120 | 1.7400 | 1.8300 | |
1.6400 | 1.7150 | 1.7300 | 1.8450 | |
1.6400 | 1.7200 | 1.7500 | 1.8810 | |
1.63 | 1.71 | 1.7355 | 1.8285 | |
1.6450 | 1.7200 | 1.7300 | 1.8400 | |
1.6800 | 1.7000 | 1.7800 | 1.8260 | |
1.6300 | 1.7050 | 1.7320 | 1.8310 | |
1.6300 | 1.7100 | 1.7200 | 1.8320 | |
1.6500 | 1.7100 | 1.7400 | 1.8400 | |
1.6800 | 1.7300 | 1.7600 | 1.8500 | |
1.6450 | 1.7100 | 1.7520 | 1.8400 | |
1.6600 | 1.7100 | 1.7620 | 1.8350 | |
1.6500 | 1.7100 | 1.7450 | 1.8350 | |
1.6800 | 1.7200 | 1.7393 | 1.8357 | |
1.6300 | 1.7150 | 1.7320 | 1.8430 | |
1.6600 | 1.7100 | 1.7539 | 1.8539 | |
1.6350 | 1.7100 | 1.7500 | 1.8200 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 30 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb







.jpg)















.jpg)